Şirkət

“UPS Servis” MMC şirkəti 2016-ci ildə yaradılıb və UPS, İnvertorlar, Dizel Generator, Gərginlik Tənzimləyiciləri və digər elektrik və elektron avadanlıqların satışını və  onlar üçün konsaltinq, quraşdırma, təmir və başqa tələb olunan xidmətləri həyata keçirir.

Komandamız müxtəlif istehsalçıların və təşkilatların elektrik, elektron və texniki dəstək sahələrində təqdim olunan sertifikatlarına və müvafiq dərəcə diplomlarına malik təcrübəli mütəxəssislərdən ibarətdir.

”UPS Servis” dünyada tanınmış avadanlıq istehsalçıları ilə razılaşmalara sahibdir və həmin istehasalçıların məhsuallarına hər bir tələb olunan satışdan əvvəl, satış zamanı və satışdan sonraki dəstəklri təqdim etmək səlahiyyətləri vardır.

Əməkdaşlarımız arasında ixtisasların artırılması, müvafiq sahələrdə yeni texnologiyalar barəsində məlumatlandırma işləri müntəzəm qaydada həyata keçirilir. Eyni zaman komandamız tərəfdaşlarımız tərəfindən keçirilən satış və texniki dəstək üzrə keçirilən təlimlərdə iştirak edirlər.

“UPS Servis” şirkəti VAD (Value Added Distributor) prinsipinə əsasən işləyir və aşağıd qeyd edilən xidmətləri təqdim edir:

  • quraşdırma yerinin konsaltinqi və təhlili
  • qoşulacaq avadanlığın (yüklərin) elektrotexnik xüsusiyyətlərinin müəyyən edilməsi
  • müştərinin istəklərini nəzərə almaq şərti ilə tələb olunan konfiqurasiyanın hazırlanması
  • kommersiya təklifin təqdim edilməsi
  • avadanlığın quraşdırılması və istismara təhvil verilməsi
  • zəmanət daxil və zəmanət xaric texniki dəstəyin göstərilməsi
  • profilaktik texniki baxışların keçirilməsi

Texniki dəstək xidməti saziş əsasında keçirilir və bu halda müştərilərimiz təqdim etdiyimiz əlavə xidmətlərdən də yararlana bilərlər: qaynar xətt, müntəzəm texniki baxışlar, elektrik kabellərinin, elektrik panellərin və başqa bağlantıların yoxlanılması və s.

Şirkətimizin biznesə yanaşması məsuliyyət, bilik və qayğıya əsaslanır. Bizim əməkdaşlar müxtəlif ölkələrdə bir sıra şirkətlər və müəssisələrdə müxtəlif təlimlərdə iştirak edib və böyük təcrübəyə malik olduğundan dəstək verə biləcəyimiz avadanlıqların və təqdim edə biləcəyimiz xidmətlərin çeşidi kifayət qədər genişdir.