Asılı olmayaraq ki, müəssisənizdə elektrik qidalanmanın modelinin dəyişilməsi və ya köhnəlmiş elektrik sistemlərin yenilənməsini və ya da tam olaraq tikinti layihəsindən başlayan bir işin qurulması planlaşdırırsınız “UPS Servis”-in ixtisaslı elektrik mütəxəssisləri quraşdırılma prosesləri başlamazdan əvvəl sizinlə mümkün variantları müzakirə edib layihənin elektrik tələbatlarının müəyyən edilməsi və həyata keçirilmə yollarının hazırlanmasına yardım edə bilərlər.
Quraşdırma yerinin yoxlanılması
Sizin biznes tələbatlarına uyğun müvafiq quraşdırma vatiantının təyin edilməsi məqsədi ilə məkanın yoxlanılması və alınan məlumatların təhlili həyata keçirilir və tövsiyələr verilir. Bu tövsiyələr ilk növdəbə rezerva qidalanma, gücün gələcəkdə artırma etimalı, bu bölgədə olan əsas elektrik probləmlər, elektrik xəttində harmonik və başqa dəyişiliklər və bu kimi bir sıra məsələləri nəzərə alır.
Gücün müəyyən edilməsi
Elektrik xəttində problemlər yaşayan avadanlığın gücünün ölçülməsi üçün mütəxəssislərimiz tərəfindən yerində ölçü və qiymətləndirmə işləri aparılır.
Satış şöbəsi ilə əlaqədə olan mühəndislərimiz sifarişçi ilə görüş keçirib, lazım olan məlumatı toplayırlar və ehtiyac olduqda əlavə ölçülmə və hesablama işlərini də yerinə yetirirlər. Toplanan məlumatı və keçirilən ölçülmə işləri, həmçinin sifarişçinin istəklər və gözləntilərini nəzərə alaraq ən əlverişli həll hazırlanır.
Elektrik şəbəkəsində problemlərin aşkar edilməsi
Etibarlı elektrik qidalanması çox vacibdir və elektrik təchizatında pozuntular həssas elektron cihazlar, mühərriklərə, məlumat emal sistemlərinə və HVAC avadanlıqlarına mənfi təsir göstərə bilər. Elektik qidalanmasının mühafizəsi lazım olan səviyyədə təmin edilmədikdə komputer sistemlərində problemlər və məlumatların itkiləri, adi elektrik avadanlıqlarda isə onların sıradan çıxması kimi problemlər baş verə bilər. Hal-hazırda elektron avadanlıq demək olar ki biznesin bütün sahələrində geniş istifadə olduğundan yüksək keyfiyyətli elektrik qidalanma standart zəruriyyət norması hesab edilir.
Elektrik pozuntular 6 ümumi kateqoriyaları bölünür:
- Yüksək gərginlik
- Aşağı gərginlik
- Elektrik qidalanmanın kəsintiləri
- Elektrik cərəyanın ani yüksəlməlri və sıçrayışları
- Elektromaqnetik səslər və küylər
- Tezliyin pozulmaları
Yükün kritiklik səviyyəsinin müəyyənləşdirilməsi
“UPS Servis” komandası lazımi həllin təmin edilməsi məqsədi ilə müştərinin müəssisəsində istifadə olunan avadanlığın ktirikliiyini (işin gedişatı üçün nə qədər önəmli olduğunu) təhlil edir. Təhlil zamanı bir neçə amillər nəzərə alınır: şəbəkəyə təsir edə biləcək induktiv yükün mövcudluğu, aşağı gərginlik, elektromaqnetik pozulmalar, pik yüklənməyə meyilli avadanlıq və s.
Məlumatın yaddaşda saxlama sistemləri, yüksək səviyyəli elektron avadanlıq, ölçü cihazları, rabitə ötürücüləri və siqnal gücləndiriciləri kimi avadanlıqlar giriş cərəyanın keyfiyyətinə çox həssas ola bilər, ona görə də bu avadanlıq üçün keyfiyyətli dəyişən cərəyanın təchizatı böyük önəm kəsb edir.
Maksimal yubanma (işsiz vəziyyətdə qalması) müddətinin dövrü, eləcə də məlumatların qorunması səviyyəsi kimi göstəricilər də layihədə doğru yekun həllin təkilf edilməsi üçün çox vacibdir.