Akkumulyatorun dəyişdirilməsi

Akkumulyatorlar bir çox cihazların mühüm hissəsidir və onlar öz dizayn və istifadə şəraitindən asılı olaraq müxtəlif istismar müddətlərinə malikdirlər. Hətta yeganə 1əd akumulyatorın nasazlığı bütün sistemin sıradan çıxmasına səbəb ola bilər, kritik yüklər mühafizə olunmayacaq və biznes proseslər dayanacaq, bundan əlavə vaxt, məlumat itkisi kimi başqa fəsadlar da ortaya çıxa bilər.

Səlahiyyətli texniki heyət tərəfindən aparılan akkumulyatorların yoxlanılma işləri sıradan çıxan akkumulyatorların vaxıtnda aşkar edilməsi və dəyişdirilməsi nəticəsində iş prosesinin qorunmasına və normal tərzdə davam etməsinə kömək edir.

Akkumulyatorlar onların maksimal məhsuldarlıq və istismar müddətinin təmin edilməsi üçün tam qaydalara uyğun dəyişilir. Quraşdırılan avadanlıqdan və biznesin kritikliyindən asılı olaraq müxtəlif istehsalçıların məhsullarını təklif edirik – A+ markaları sayılan Yuasa, CSB, B.B., Exide, Vision və adi tanınmış markalar Rocket, Ritar, CGB, Leoch  və s.

Əvəz edilmiş sıradan çıxmış akkumulyatorlar üçün onların emalı xidmətlərini təklif edirik. İstifadə edilən elektron cihazların sayının artması ilə əlaqədar külli miqdarda electron mənşəli tullantılar əmələ gəlir və əgər onlar müvafiq qaydada utilizasiya edilmirsə ətraf mühit üçün böyük təhlükə yarada bilərlər.

Biz akkumulyatorların müştərinin avadanlığı yerləşdiyi yerlərdən toplayaraq onların emal nöqtələrinə çatdırılması təmin edirik.