Zəmanət daxil Xidmət

“UPS Servis” şirkəti bir neçə istehsalçının rəsmi servis mərkəzidir və biz aşağıdakı brendləri tərəfindən istehsal olunan məhsullar üçün bütün lazımi dəstəyi göstəririk:

 Makelsan, Türkiyə - www.makelsan.com.tr

 Socomec, Fransa - www.socomec.com (yalnız UPS məhsullarına)

 Tescom, Türkiyə - www.tescom-ups.com

 Tripp Lite, ABŞ - www.tripplite.com

Zəmanət müddəti və şərtləri istehsalçı tərəfindən müəyyən edilir, başqa sözlə zəmanətli xidmət müvafiq istehsalçının təsis edilmiş qaydalarına uyğun həyata keçirilir. Lakin eyni zaman bütün məhsullar üçün tətbiq edilən ümumi şərtl və qaydalar da mövcuddur.

Zəmanətli dəstək tələbi ilə daxil olan cihazlar satan şirkətin imza və möhürü olan zəmanət kartı (zəmanət talonu), bəzi hallarda isə həmçinin satış tarixi qeyd olunan satışı təsdiq edən (hesab, qəbz, qaimə) sənədlər ilə müşayiət olunmalıdır.

Zəmanətli dəstək yalnız zavod mənşəli müəyyən qüsur və nasazlıqlar olduğu halları əhatə edir. Zəmanət normal köhnəlmə və ya qəza, sui istifadə, zorakılıq və ya etinasızlıq nəticəsində yaranmış problemlərə şamil edilmir. Fiziki zədələnmə əlavəmətləri olan cihazlara servis mərkəzi zəmanət dəstəyinin göstərilməsindən imtina edə bilər.

Zəmanətli halları müvafiq istehsalçının qaydalarından asılı olaraq təmir, ehtiyat hissələrinin dəyişilməsi və ya nasaz cihazın yenisi ilə əvəz edilmə yolu ilə həll edilə bilər.

“UPS Servis” yalnız orijinal ehtiyat hissələri və ya istehsalçı tərəfindən təsdiq edilmiş başqa mənşəli ehtiyat hissələri və digər komponentləri istifadə edir.

Dəyişdirilmiş ehtiyat hissələrinə və əvəz edilən modellərə zəmanət istehsalçının qaydaları və reqlamentinə müvafiq olaraq nəzərdə tutulub.

Bütün zəmanət daxili işləri bizim servis mərkəzində həyata keçirilir, başqa sözlə yalnız servis mərkəzimizdə keçirilən təmir və başqa zəmanət işləri ödənişsizdir. Servis mərkəzimizdən qıraqda keçirilən işlər yalnız müştəri ilə əvvəlcədən razılaşma olduğu hallarda ödənişsiz ola bilər.