Zəmanət Xaric Dəstək
Aşağıdakı hallarda cihazlara zəmanətli təmir qaydaları tətbiq edilmir: zəmanət müddətin bitməsi, alışı təsdiq edən sənədin olmaması, cihazın yanlış şəkildə istismar edilməsi (bax Zəmanət xidmətinin şərtləri) düzgün şəraitdə və mühitdə istifadə edilməməsi və bir sıra başqa hallarda.
Həmçinin, aşağıdakı insidentlər zəmanət dəstəyinin imtinası üçün səbəb ola bilər: qurğunun istifadə yerində torpaqlamanın olmaması və ya doğru şəkildə təmin edilməməsi, müvafiq texniki səlahiyyəti olmayan şəxs tərəfindən müdaxilə zamanı, cihazın texniki xüsusiyyətləri dəyişildikdə, kabellərin zədələnməsi və ya qırılması baş verdiyi hallarda.
Zəmanət xaric işlərin qiymətləndirilməsi konkret model, cihazın gücü, akkumulyatorların sayı və aktual problemdən asılıdır.
Eyni zaman “UPS Servis” şirkəti aşağıda qeyd edilən ticarət markaları altında istehsal olunan cihazların pullu müayinə və təmir işlərini həyata keçirir: AC/DC, Aksa, APC, Artronic, Çetinkaya, Delta Elektronics, East, Enel, Elen, GenPower, Gucbir, Huawei, Inform, Jett, Megisan, Power Elektronik, Servomatik, Tuncmatik
Həmçinin müştəri təmir və müayinə işlərini xidmət mərkəzimizdə etdirməmək qərarına gəldikdə bunları cihazın ilkin quraşdırma məkanında ödənişli şəkildə həyata keçirə bilərik. Texniki müayinədən sonra müştəri cihazın təmir edilməsinə qərar verdiyi halda diaqnostikanın ödənişi təmirin yekun dəyərinin hesablanmasında nəzərə alınacaq.[
“UPS Servis” şirkəti təmir və əvəz edilmiş ehtiyat hissələri və komponentlər üçün 3 aydan 12 aya qədər zəmanət təqdim edir.