Akkumulyatorun dəyişdirilməsi

Akkumulyatorlar bir çox cihazların mühüm hissəsidir və onlar öz dizayn və istifadə şəraitindən asılı olaraq müxtəlif istismar müddətlərinə malikdirlər. Hətta yeganə 1əd akumulyatorın nasazlığı bütün sistemin sıradan çıxmasına səbəb ola bilər, kritik yüklər mühafizə olunmayacaq və biznes proseslər dayanacaq, bundan əlavə vaxt, məlumat itkisi kimi başqa fəsadlar da ortaya çıxa bilər.

Səlahiyyətli texniki heyət tərəfindən aparılan akkumulyatorların yoxlanılma işləri sıradan çıxan akkumulyatorların vaxıtnda aşkar edilməsi və dəyişdirilməsi nəticəsində iş prosesinin qorunmasına və normal tərzdə davam etməsinə kömək edir.

Akkumulyatorlar onların maksimal məhsuldarlıq və istismar müddətinin təmin edilməsi üçün tam qaydalara uyğun dəyişilir. Quraşdırılan avadanlıqdan və biznesin kritikliyindən asılı olaraq müxtəlif istehsalçıların məhsullarını təklif edirik – A+ markaları sayılan Yuasa, CSB, B.B., Exide, Vision və adi tanınmış markalar Rocket, Ritar, CGB, Leoch  və s.

Əvəz edilmiş sıradan çıxmış akkumulyatorlar üçün onların emalı xidmətlərini təklif edirik. İstifadə edilən elektron cihazların sayının artması ilə əlaqədar külli miqdarda electron mənşəli tullantılar əmələ gəlir və əgər onlar müvafiq qaydada utilizasiya edilmirsə ətraf mühit üçün böyük təhlükə yarada bilərlər.

Biz akkumulyatorların müştərinin avadanlığı yerləşdiyi yerlərdən toplayaraq onların emal nöqtələrinə çatdırılması təmin edirik.

Texniki Dəstək Müqaviləsi

Texniki Dəstək Müqaviləsi zəmanəti bitmiş cihazların tam şəkildə işləməsini və vaxtı vaxtında keçirilən təmir və dəstək əsasında onların istismar müddətinin uzaldılmasını təmin edən ehtiyat tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulur.

Müqavilə çərçivəsində, cihazlar müntəzəm texniki yoxlamadan keçir, eyni zaman müştərilərimiz nasazlıq və problemlər əlaqədar müraciətləri hallarında standart müraciətlər nisbətən üstünlük əldə edirlər. Qurğudaki nazaslıqdan və ya səhv istismar nəticəsində yaranan problemlər zamanı cihazlarınıza daha operativ tərzdə qullulq göstərilir və onun tez bir zamanda işə salınması üçün lazımi tədbirlər görülür.

Müqavilə müxtəlif Servis Planları əsasında həyata keçirilə bilər. Müştərinin tələblərindən, servis müraciətlərinə reaksiya zamanından, qeyri iş günləri və saatlarında dəstəyə ehtiyac olduğundan və başqa faktorlardan asılı olaraq müvafiq Servis Planı tətbiq edilir.

Müqavilənin dəyəri cihazların sayından, gücündən və başqa amillərin nəzərə alınması şərtləri ilə hesablanır.

Standart texniki dəstək müqaviləsi dəyişələcək ehtiyat hissələrinin dəyərini nəzərə almır.

Qeyd edilənlərdən başqa əlavə xidmətlər də təklif edilə bilər: telefon vasitəsi ilə dəstək, müqavilə çərçivəsində pulsuz diaqnostika və təmir xidmətləri və s.

Profilaktik qulluq

İstər yaşayış binası və ya ofis, və ya biznes mərkəzi olsun, profilaktik qulluq və baxış elektrik problemlərin, avadanlığın zədələnməsinin, işdə yubanmaların və məlumat itkilərinin qarşısının alınması vacib amillərdən birisidir.

Profilaktik qulluq problemlərin işə təsir etməkdən öncə aşkar edilməsinə, və qaydalara uyğun və vaxtı vaxtında təmirin həyata keçirilməsinə imkan yaradır.

Siyasətimiz problemlərin baş vermədən öncə qarşısının alınmasıdır. Lazımi qayğı və müntəzəm texniki xidmət yubanmalardan, avadanlığa zərər dəyməkdən və məlumatlar itkisindən qaçmağa kömək edir.

 Biz aşağıdakı xidmətləri təklif edirik:

  •  Yoxlama və müayinə
  •  Cihazın xidmət olunmasının qiymətləndirməsi
  •  Texniki baxış
  •  Profilaktik tədbirlər
  •  Uzaqdan monitorinq

Bütün işlər birdəfəlik xidmət və ya texniki dəstək barədə müqavilə əsasında həyata keçirilə bilər.

 

Ünvan: AZ1075, Black Pearl Plaza, Ə. Rəcəbli küç.186, Bakı, Azərbaycan

e-mail: info@upss.az

İş saatları:
B.e.-Cü. – 9:00 - 18:00
Şənbə – 9:00 - 14:00

© 2018 UPS Servis. Bütün hüquqlar qorunur