Texniki Dəstək Müqaviləsi zəmanəti bitmiş cihazların tam şəkildə işləməsini və vaxtı vaxtında keçirilən təmir və dəstək əsasında onların istismar müddətinin uzaldılmasını təmin edən ehtiyat tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulur.
Müqavilə çərçivəsində, cihazlar müntəzəm texniki yoxlamadan keçir, eyni zaman müştərilərimiz nasazlıq və problemlər əlaqədar müraciətləri hallarında standart müraciətlər nisbətən üstünlük əldə edirlər. Qurğudaki nazaslıqdan və ya səhv istismar nəticəsində yaranan problemlər zamanı cihazlarınıza daha operativ tərzdə qullulq göstərilir və onun tez bir zamanda işə salınması üçün lazımi tədbirlər görülür.
Müqavilə müxtəlif Servis Planları əsasında həyata keçirilə bilər. Müştərinin tələblərindən, servis müraciətlərinə reaksiya zamanından, qeyri iş günləri və saatlarında dəstəyə ehtiyac olduğundan və başqa faktorlardan asılı olaraq müvafiq Servis Planı tətbiq edilir.
Müqavilənin dəyəri cihazların sayından, gücündən və başqa amillərin nəzərə alınması şərtləri ilə hesablanır.
Standart texniki dəstək müqaviləsi dəyişələcək ehtiyat hissələrinin dəyərini nəzərə almır.
Qeyd edilənlərdən başqa əlavə xidmətlər də təklif edilə bilər: telefon vasitəsi ilə dəstək, müqavilə çərçivəsində pulsuz diaqnostika və təmir xidmətləri və s.