“UPS Servis” şirkəti müxtəlif ölçüdə obyekt və müəssisələr və müxtəlif mürəkkəblik səviyyəsində olan həllər üçün quraşdırma xidmətləri göstərir. Bu işlərdə mühəndislərimiz bir çox quraşdırma və istismara verilmə işlərində toplanan praktiki təcrübəni istifadə edirlər.
Quraşdırma xidmətlərinə bunlar daxildir:
- Quraşdırma məkanının yoxlanılması və lazımi tövsiyələrin verilməsi (ekoloji şərait - temperatur və rütubət, elektrik bağlantılar, sahənin uyğunluğu və təmizliyi, elektrik cərəyan kəsicilərin yoxlanılması və s.)
- Qurğunun və quraşdırma sahəsinin tam baxışdan keçirilməsi
- Akkumulyatorun aku kabinlərinə yerləşdirilməsi və qoşulması daxil olmaqla, cihazın quraşdırılma işləri
- Cihazın parametrlərinin və ayarların yoxlanılması və konfiqurasiya yerində yoxlanılması
- Qurğuların işə salınması
- Qurğuların müxtəlif rejimlərdə sınanması
- Müştərinin texniki personalı üçün qısa təlimin keçirilməsi
Elektrik təchizat sistemlərinin istismara verilməsi istehsalçının və yerli elektrik standartlara və normativ aktlara, eyni zaman sifarişçinin iş tələblərinə uyğun təmin olmasını təmin etmək üçün zəruri bir xidmətdir. “UPS Servis” əməkdaşları tərəfindən avadanlığın təhlükəsiz, etibarlı və tam iş vəziyyətində təhvil verilməsini keyfiyyət standartlarına uyğunluğunu təmin edir.
Tələb əsasında quraşdırma işlərinin yekununda mühəndisimiz və müştərinin nümayəndəsi tərəfindən imzalanan təhvil-təslim hesabat sənədi tərtib edilir. DİQQƏT: müəyyən avadanlıq üçün zəmanət yalnız səlahiyyətli şəxs tərəfindən quraşdırıldığı halda qüvvəyə minir.